Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nərimanov rayon bölməsində “Əlillər Günü” qeyd edilib

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nərimanov rayon bölməsində “Əlillər Günü” qeyd edilib

2025-ci il dekabrın 3-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nərimanov rayon bölməsində “Əlillər Günü” münasibətilə tədbir keçirilib. Rayon bölməsinin sədri Dilarə Sadıxova və sədr müavini Şahin Hüseynov bölmənin qeydiyyatında olan 20 nəfər əlilliyi olan şəxslə görüşərək onların gündəlik qayğıları, ehtiyacları ilə maraqlanıblar və imkan daxilində hər zaman dəstək göstərməyə hazır olduqlarını bildiriblər.


Görüşün sonunda iştirakçılara ərzaq yardımı təqdim edilib. Yardım alan şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.