5 dekabr dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. BMT Baş Assambleyasının qərarı ilə təsis edilmiş bu günün əsas məqsədi könüllülərin cəmiyyətin inkişafına, humanitar dəyərlərin təşviqinə və sosial rifahın gücləndirilməsinə verdiyi töhfəni tanımaq və yüksək qiymətləndirməkdir.
Bu əlamətdar gün münasibətilə təşkilatımız könüllülərin təşəbbüskarlığına, fədakarlığına və əzmkarlığına görə dərin minnətdarlığını bildirir. Sizin dəstəyiniz sayəsində sosial layihələr uğurla icra olunur, humanitar aksiyalar həyata keçirilir və həssas qruplara göstərilən yardım imkanları genişlənir.
Cəmiyyətimizdə könüllülük hərəkatının inkişafına töhfə verən hər kəsə təşəkkür edir, həmçinin daha çox insanı həmrəylik və qarşılıqlı dəstək ruhunu gücləndirən təşəbbüslərə qoşulmağa dəvət edirik. Birlikdə daha dayanıqlı və həssas bir cəmiyyət qurmaq mümkündür.