2025-ci il dekabr ayının 2-də Azəbaycan Qızıl Aypara Cəmiyyətinin
Sağlamlıq şöbəsinin müdiri/İcraçı Katibin müavini Səbinə Məhbubi-İran, Miqrasiya
şöbəsinin mütəxəssisi Sona Hacıyeva, “İcmaya əsaslanan sağlamlıq proqramının
mütəxəssisi Mətanət Qaraxanovadan ibarət AzQAC-ın nümayəndə heyəti CCM-in (Ölkə
Əlaqələndirmə Komissiyası) təşkilatçılığı ilə Vərəm üzrə İşçi qrupunun görüşündə
iştirak etmişdir. Görüşün əsas məqsədi vərəmlə bağlı 9 ay müddətində aparılan
işlərlə tanışlıq, aktual olan məsələlərin və yeniliklərin müzakirəsi olubdur.
Elmi-Tədqiqat Ağciyər xəstəlikləri İnstitutunun direktoru İradə
Axundova ətraflı olaraq iştirakçılara bu sahədə aparılan işlər haqqında hesabat
təqdim etdi. Tədbirdə iştirak edən vərəm sahəsinin mütəxəssisləri lazımı əlavələr
edərək digər iştirakçıların suallarına ətraflı cavab verdilər. Müzakirələr əsnasında
Ağçiyər Xəstəliklər Mərkəzi (AXM), Ümumdünya Səhiyyə Təşkilatı, Ədliyyə
Nazirliyinın nümayəndələri də öz növbələrində çıxışlarında vərəm sahəsində baş
verən yeniliklər, prosedur qaydalara riayət olunma, müalicə prosesində
yanaşmalar və eyni zamanda göstərilən xidmət əsnasında mərkəzləşdirmədən qeyri-mərkəzləşmə
üsuluna keçmə qaydasına ətraflı toxundular və açıqlamalar təqdim etdilər.
AzQAC-ın “İcmaya əsaslanan sağlamlıq proqramının mütəxəssisi Mətanət
Qaraxanova Yunanstanın Afina şəhərində keçirilən Avropa Qızıl Xaç və Qızıl Aypara Şəbəkəsinin (ERNA) “HİV/QİÇŞ , hepatit,
vərəm və narkotik asılılığı’’ sahəsində Yunan Qızıl Xaçı, Yunanıstan Səhiyyə Nazirliyi və Afina Bələdiyyəsi
tərəfindən XXII Ümumi Yığıncaqda iştirakı haqqında təqdimat etdi. Təqdimatda
AzQAC-nin nümayəndə heyətinin Cəmiyyətlə yanaşı, eyni zamanda CCM-ın üzvlüyünün
təmsilçi olması da vurğulandı. Keçirilən tədbir miqyaslı şəkildə olmaqla yanaşı,
maraqlı təcrübələrin təqdimatını ehtiva edirdi. Eyni zamanda ERNA-nın
Katibliyində Azərbaycanda qeyd olunan mövzularla aparılan fəaliyyətlər qeyd
olundu, onlar tərəfindən hansı fəaliyyətlərdə iştirak etmələri, mümkünlüyü vurğulandı.
Sonda AzQAC nümayəndə heyəti tərəfindən tədbirdə iştirak etmələrindən
məmnunluq ifadə olundu və vərəm, və digər mövzulara dəstək verməyə, təcrübə ilə
bölüşməyə, mütəxəssisləri cəlb etməyə, mövcud və yaranmış şəbəkələrdən (ERNA, QXQA Hərəkatı, Türk Qırmızı Şəbəkəsi)
bəhrələnmək üçün imkan yaratmağa və AzQAC ölkə daxilində hərtərəfli təmsil
olunmasından müvafiq olaraq istifadə edilməsi təklif edildi.