AzQAC-ın prezidenti Novruz Aslanov İsmayıllıda vətəndaşların növbəti qəbulunu keçirib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın prezidenti Novruz Aslanov İsmayıllıda vətəndaşların növbəti qəbulunu keçirib
2025-ci il 4 dekabr tarixində AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun hər həftə öz seçiciləri ilə keçirdiyi görüşlər artıq ənənəvi hal alıb.
Millət vəkili bu dəfə vətəndaşları İsmayıllı şəhərində yerləşən ofisində qəbul edib. Görüşdə şəhər sakinləri, o cümlədən şəhid ailələri, qazilər, Vətən müharibəsinin veteranları da iştirak ediblər. Səmimi şəraitdə keçən qəbulun gedişində Novruz Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.