5 Dekabr – Beynəlxalq Könüllülər Günü Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bölmələri tərəfindən qeyd olunub

Əsas səhifə / XƏBƏRLƏR / 5 Dekabr – Beynəlxalq Könüllülər Günü Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bölmələri tərəfindən qeyd olunub

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  Nərimanov RB, Nizami RB, Şəmkir RB və digər regional bölmələri 5 Dekabr – Beynəlxalq Könüllülər Gününü xüsusi silsilə tədbirlərlə qeyd edib. Gün ərzində könüllülərlə görüşlər təşkil olunub, onların fəaliyyətinə dair təqdimatlar keçirilib və fəallıq göstərən gənclərə təşəkkür sertifikatları təqdim edilib, əhaliyə yardım paylanılıb.


Tədbirin əsas məqsədi cəmiyyətə xidmət edən könüllülərin əməyi və fədakarlığını qiymətləndirmək, həmçinin gənclər arasında könüllülük hərəkatını daha da təşviq etmək olub. Regional bölmə könüllülərin sosial layihələrdəki rolunu vurğulayaraq, gələcək fəaliyyət planlarını da diqqətə çatdırılıb.