Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən xəbərdarlıq

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən xəbərdarlıq
 Warning from the Azerbaijan Red Crescent Society

Azərbaycan Qızıl Aypara Cəmiyyəti bildirir ki, son günlər bəzi şəxslər tərəfindən Cəmiyyətimizin adından ayrı-ayrı vətəndaşlara müxtəlif vədlərin verilməsi və guya onlara humanitar yardım göstəriləcəyi barədə məlumatlar yayılması hallarına rast gəlinir. Qətiyyətlə , bu məlumatların tamamilə yalan və əsassız olduğunu, bunun Cəmiyyətimizlə heç bir əlaqəsi olmadığını qeyd edirik.


Cəmiyyətimizin adının belə çirkin işlərdə istifadə olunması və vətəndaşların aldadılması halları qəbulolunmazdır. Belə hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına və ya Azərbaycan Qızıl Aypara Cəmiyyətinə məlumat verməyiniz məsləhət olunur.


Azərbaycan Qızıl Aypara Cəmiyyəti rəsmi məlumatları yalnız özünün təsdiqlənmiş kommunikasiya kanalları vasitəsilə paylaşır.
Zəhmət olmazsa sizinlə əlaqə yaradan şəxsin adını və soyadını soruşun. Əgər həmin şəxs sizə adını və soyadını deməkdən imtina edirsə, heç bir məlumatınızı onunla bölüşməyin. Ad və soyadını sizinlə bölüşdüyü təqdirdə, hələ də sizə şübhəli məqam yaranarsa, zəhmət olmazsa məlumatınızı bölüşməzdən əvvəl baş ofislə əlaqə saxlayın.


Layihələr zamanı AzQAC spesifik mobil nömrələrdən istifadə edir. Sizə zəng olunan nömrəni yadda saxlayın və yaxud soruşun (əgər ev nömrəsinə zəng olunubsa), hər hansı şübhəli vəziyyət yaranarsa AzQAC-ın baş ofisi ilə (012-493-84-81, 077-484-04-61, 077-484-04-67) əlaqə saxlayıb mobil nömrənin AzQAC-da həyata keçirilən layihə ilə əlaqəli olub- olmadığını dəqiqləşdirin.


AzQAC layihələr zamanı Whatssapp və ya bənzər tətbiqlər üzərindən zəng etmir, layihəyə təyin olunmuş nömrələrlə bir-başa zənglər həyata keçirilir. Tətbiqlər üzrərindən sizə gələn zənglər zamanı heç bir məlumatınızı bölüşməyə tələsməyin.


Ümumiyyətlə, qarşı tərəf nə qədər israr etsə də, istəmədiyiniz təqdirdə heç bir məlumatınızı onunla bölüşməyin.
Hamını ayıq-sayıq olmağa dəvət edirik.