1985-ci ildə BMT Baş Assambleyası dekabr ayının 5-ni Beynəlxalq İqtisadi və Sosial İnkişaf Naminə Könüllülər günü və ya qısaca olaraq 5 Dekabr ‘’Beynəlxalq Könüllülər Günü’’ kimi qeyd etmək təklifi ilə çıxış etmişdir.
Könüllülük – insan potensialının üstünlüyünü anlamaq vasitəsilə, insanı dəyərlərinin qorunması və möhkəmlənməsi, vətəndaşların hüquq və vəzifələrinin, şəxsi inkişafı realizə etmək üsuludur.
Könüllülük- Beynəlxalq Qızıl Xaçvə Qızıl Aypara Hərəkatın prinsiplərindən
biridir. Hər il Hərəkatın fəaliyyətlərində iştirak edən
könüllüləri 5 Dekabr - ''Beynəlxalq Könüllülər Günü'' münasibətilə təbrik edirlər.
Belə ki, 2025-ci il dekabrın 7-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “Güvən” Karyera və İnkişaf Akademiyası, “Güvən Dayə” Xidməti, Asfarma Şirkəti, Bella Azərbaycan və Alyalina Azərbaycanın birgə təşkilatçılığı Beynəlxalq Könüllülər Gününə həsr olunmuş “Hər bir töhfə vacibdir” adlı xüsusi tədbir keçirildi.
Bu geniş əməkdaşlıq könüllülüyün gücünü, cəmiyyətin inkişafında
birlik və həmrəyliyin əhəmiyyətini bir daha önə çıxarır.
Könüllüklə bağlı tədbirdə geniş məlumatlarla çıxışlar edildi. Belə
ki, “Könüllülük fəaliyyətinin əsasları” mövzusunda Mətanət Qaraxanova təqdimatla
çıxış etdi. Çıxışın sonunda o, 2023-cü ilin dekabrında BMT Baş Assambleyası davamlılığın
inkişafında könüllülərin rolunu vurğulamaq üçün 2026-cı ili Dayanıqlı İnkişaf
naminə Könüllülər üçün Beynəlxalq İli (International Volunteer Year 2026) elan
edildiyi barədə məlumatı iştirakçılara çatdırdı. Tədbirdə
iştirak edən könüllüləri 2026-cı
ildə Könüllülər İli ilə əlaqədar fəaliyyətlərlə bağlı təklifləri müzakirə etməyə
dəvət etdi.
Tədbirin sonunda 2022-ci ildən “Güvən Dayə”
Xidməti tərəfindən təşkil olunan təlimlərdə iştirak edənlərə sertifikatlar
və könüllü fəaliyyətlərinə görə könüllü sağlamlıq işçiləri və könüllü təlimçilərə
“Güvən Dayə” Xidməti və AzQAC-ın təşəkkürnamələri
təqdim edildi.