Azərbaycan Qızıl Aypara Cəmiyyətinin mərkəzə daxil olan rayon bölmələri və könüllülərinin iştirakı ilə İlk Yardım və İlk Psixoloji Yardım üzrə görüşü keçirilmişdir

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətinin mərkəzə daxil olan rayon bölmələri və könüllülərinin iştirakı ilə İlk Yardım və İlk Psixoloji Yardım üzrə görüşü keçirilmişdir
 The Ismayilli Regional Center of the Azerbaijan Red Crescent Society held an event on first aid and initial psychological support with the participation of district branches and volunteers affiliated with the Center

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) son dövrlər ərzində regionlar səviyyəsində silsilə tədbirlərin həyata keçirilməsinə başlamışdır. Bu görüşlərin əsas məqsədi könüllü və əməkdaşların İlk Yardım (İY) və İlk Psixoloji Yardım (İPY) üzrə əvvəllər əldə etdikləri biliklərin ilkin qiymətləndirilməsini aparmaqdır. Aparılan təhlillər gələcək təlimlərin daha düzgün və ehtiyaca uyğun planlaşdırılmasına, habelə yeni təqvim ili üçün nəzərdə tutulan fəaliyyət həcminin dəqiq müəyyən edilməsinə xidmət edir.
 
2025-ci il dekabr 17-də İsmayıllıda AzQAC-ın İsmayıllı regional mərkəzi, mərkəzə daxil olan rayon bölmələrinin əməkdaşları və könüllüləri üçün mühüm maarifləndirici tədbir keçirilib. Görüşün əsas məqsədi iştirakçıların İlk Yardım (İY) və İlk Psixoloji Yardım (İPY) sahəsində mövcud bilik səviyyəsini qiymətləndirmək, onların bu mövzularda nə dərəcədə mütəmadi təlim keçdiklərini müəyyən etmək və gələcək fəaliyyətlərin planlaşdırmaqdan ibarət olub.
 
Tədbirin açılışında İcraçı Katibin müavini/Sağlamlıq şöbəsinin müdiri Səbinə Məhbubi-İran iştirakçılara prosesin gedişatı barə də ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, İsmayıllıda və AzQAC regional mərkəz tərəfindən əhatə olunan bölmələrdə İY və İPY üzrə biliklərin olması zəruridir və plana uyğundur. Eyni zamanda coğrafi baxımdan, İsmayıllı və digər regionlarının daşqın, yer sürüşməsi və s. fövqəladə hallar və qəzalara meyilliyini nəzərə alaraq gələcəkdə operativ reaksiya verə biləcək xüsusi "Mobil Komanda"nın yaradılması nəzərdə tutulur. Bu məqsədlə könüllülərin hazırlıq səviyyəsinin artırılması üçün silsilə təlimlərin davam etdiriləcəyi vurğulanıb.
 
Sonra AzQAC-ın İY üzrə mütəxəssisi və koordinatoru Dr. Şahın Biləndərliyə tərəfindən İY təlim hissəsinin gedişatı, toxunulan mövzular və təlim prosesisinin həm nəzəri, həm də geniş praktiki məşğələlər, nümayişlərdən ibarət olduğu qeyd edildi.
Peşəkar yanaşma çərçivəsində aşağıdakı həyati vacib mövzular təhlil edilmişdir:
  • Hadisə yerinin qiymətləndirilməsi: Təhlükəsizliyin təmin edilməsi və növbəti addımların müəyyənləşdirilməsi.
  • Zərərçəkənin müayinəsi: Yaralının vəziyyətinin ilkin yoxlanılması və "Bərpa vəziyyəti"nə (stabil yan vəziyyət) gətirilməsi.
  • Ürək-Ağciyər Reanimasiyası (ÜAR): Dolayı ürək masajı və süni tənəffüs qaydaları. Burada böyüklər və uşaqlar (0-14 yaş) arasındakı fizioloji fərqlər və reanimasiya xüsusiyyətləri xüsusi qeyd olunub.
  • Qanaxmalar və Yanıqlar: Müxtəlif növ qanaxmalar zamanı turna və sarğıların tətbiqi, yanıqların dərəcələri və onlara uyğun ilk yardım tədbirləri.
  • Zəhərlənmələr və Tənəffüs yollarının yad cisimlə tıxanması: Boğulma zamanı "Heymlix manevri" və zəhərlənmə hallarında görüləcək tədbirlər.
Hər bir mövzuda praktiki nümayişlərdən sonra iştirakçılar tərəfindən təkrar olunub.
 
Tədbirin ikinci hissəsində iştirakçılara İlk Psixoloji Yardım (İPY) və Psixososial dəstək (MHPSS) üzrə açıqlamalar verildi. Qeyd edildi ki, İY və İPY adətən hər hansısa bir hadisələr, fövqəladə halar zamanı demək olar ki, paralel olaraq göstərilir. Ümumiyyətlə dünya səviyyəsində və Azərbycandada da müxtəlif  fövqəladə hallar baş verir və verə bilər.  Fəlakətdən zərər çəkmiş insanlar bü hallarda psixi sağlamlıq kontekstində ağır nəticələrlə üzləşir. Ona görə də bü sahədə bilik və bacarıqların olması da vacibdir. Fəlakət və fövqəladə hallar nəticəsində yaranan psixi sağlamlıq pozğunluqları xüsusi bacarıq, bilik və peşəkarların müdaxiləsini tələb edir. İlkin mərhələdə isə İPY və MHPSS bilik və bacarıqları xüsusi təlim keçmiş könüllülər və əməkdaşlar tərəfindən göstərilə bilər.
Tədbirin yekunuda hər bir rayon bölməsinə İlk Yardım üzrə metodiki vəsaitlər, könüllülərlə iş prinsiplərini əks etdirən materiallar və digər ləvazimatlar təqdim olunub.
 
Bu görüş İsmayıllı könüllülərinin peşəkarlığının artırılması və yerli icmada təhlükəsizlik mədəniyyətinin formalaşdırılması yolunda növbəti uğurlu addım hesab olunur.
 
Sonda qrup şəkili çəkilmişdir.