2025-ci il 18 dekabr tarixində AzQAC-ın prezidenti, Milli Məclisin
deputatı Novruz Aslanov vətəndaşları İsmayıllı şəhərində yerləşən ofisində
qəbul edib.
Görüşdə şəhər sakinləri, o cümlədən şəhid ailələri, qazilər, Vətən
müharibəsinin veteranları da iştirak ediblər. Səmimi şəraitdə keçən qəbulun
gedişində Novruz Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri
və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin
görüləcəyini bildirib.
Tədbirin gedişində Novruzəli Aslanov İsmayıllı Rayon İcra Hakimiyyətinin
Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərovu 65
illik yubileyi münasibəti ilə təbrik edib.