2025-ci il dekabrın 19-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
Baş Qərargahı və QAC Abşeron Rayon Bölməsinın birgə təşəbbüsi, Abşeron Rayon Mərkəzi
Xəstəxanasının dəstəyi ilə hamilə qadınlar və
yeni dünyaya uşaq gətirən analar arasında Yeni il və ‘’Dünya Azərbaycanlılarının
həmrəyliyi günü’’ münasibəti ilə tədbir təşkil edilib. Tədbirin məqsədi
iştirakçılara bir sıra lazımı və praktiki məlumatların catdırılması və
hazırlanmış bayram sovqatlarını təqdim etməkdən ibarət olmuşdur.
Çıxış edənlər tərəfindən tədbirin iştirakçılarına
onlara sağlamlıqlarına riayət etmək, lazımı bilikləri
və məsləhətlərı almaq tövsiyyə edildi. Hər bir qadının həyatında iki fərqli
dünyanın şahidinə çevrilə biləcək mərhələ vardır. Bu dünyalar övladların
inkişafının əsasını təşkil edən prenatal (doğuşdan əvvəlki, körpənin ana bətnində
olduğu 40 həftəlik bir vaxtda), postnatal (doğuşdan sonrakı) dövrlər və xüsusilə
ilk 28 gün (prenatal dövr) körpə üçün ən mühüm adaptasiya vaxtıdır. Bunlar, sadəcə
bioloji böyümə və həyata qədəm salma deyil, həm də gələcək şəxsiyyətin təməlinin
qoyulmasıdır. Ona görə də gənc analara bu haqda bilmələri, hər dövrdə necə
davranmaları haqqında məlumatlı olmaları, özlərinə qayğı və diqqətlə yanaşmaları
və uşaqlarını sağlam, təhlükəsiz mühitdə böyütmələri vacib amillərdən biridir.
Eyni zamanda prenatal dövründə vaxtında məsləhətlərin alınması, doğum dövrünün
düzgün qaydada izlənməsi, həkimlər və mütəxəssislər tərəfindən verilən tövsiyələrin
riayət olunması bir daha vurğulandı.
Tədbirin sonunda Abşeron Rayon Mərkəzi Xəstəxanasının PHŞ-ın
direktoru Səkinə Sadıxova iştirakçılara müraciət edərək gənc analara
can sağlığı və tükənməz sevgi arzuladı!
Tədbirin açılışında AzQAC Abşeron rayon bölməsinin sədri Fazilə Hüseynova iştirakçıları salamlayaraq, onları qarşıdan qələn Yeni il və ‘’Dünya Azərbaycanlılarının həmrəyliyi günü’’ münasibəti ilə təbrik edib, Abşeron Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və əməkdaşlarına tədbirin keçirilməsinə şərait yaratıqlarına görə təşəkkürünü bildirdi.
Tədbirin sonunda hazırlanmış “ Sevgi boxçası” hədiyyələrı analara paylanıldı və xatirə şəkilləri çəkildi.