Azərbaycan Skautlar Assosiasiyasının tərkibində
fəaliyyət göstərən “SARUS Azərbaycan” könüllü axtarış xilasetmə və humanitar fəaiyyətlərə
dəstək qruplarının yeni üzvləri üçün təşkil edilmiş təlim proqramı çərçivəsində
Azərbaycan Qızıl Aypara Cəmiyyətinə (AzQAC) müraciət edilmişdir. Müraciətdə
“Humanitar fəaliyyətlər zamanı davranış qaydaları və etik prinsiplər” və “Zərərçəkmişlərlə
ilk yardım və psixoloji aspektlər” mövzularında təqdimatların aparılması qeyd
edilmişdir.
Bununla bağlı 2025-ci il dekabrın 21-də
tarixində AzQAC-ın nümayəndə heyəti Səbinə Məhbubi-İran, İcraçı Katibin
müavini/Sağlamlıq və Qayğı Şöbəsinin müdiri, İcraçı Katibin müavini/FHHC
Şöbəsinin müdiri Elşən Səlimzadə və İlk Yardım mütəxəssisi və koordinatoru Dr.
Şahin Biləndərli Globus Mərkəzində yerləşən Azərbaycan Skautlar Assosiasiyasına
baş çəkərək verilən mövzular əsasında yuxarıda qeyd edilən 30 nəfərdən ibarət
qrupun üzvlərinə ətraflı məlumatlar təqdim etmişlər.
Tədbirin açılış hissəsində Səbinə Məhbubi-İran
tərəfindən “Beynəlxalq Qızıl Xaç Qızıl Aypara Hərəkatın tərkib hisslələrinin
ayrılıqda rolları”, “Qızıl Xaç və Qızıl Aypara Hərəkatının (QXQAH) əsasını təşkil
edən Fundamental prinsipləri”, “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti”,
“Humanitar fəlakət zamanı fəaliyyət alqoritmi”, “Humanitar müdaxilə sektoru”,
“Zərər yetirmə" prinsipi (Do No Harm) və “Lokallaşdırma: Yerli icmaların
gücünün anlayışı” üzrə ətraflı məlumatlar vermişdir. O qeyd etmişdir ki,
QXQAH öz fəaliyyətində müharibə və fövqəladə hallar zamanı millətindən, dinindən,
cinsiyyətindən asılı olmayaraq hər kəsə humanitar yardım göstərmək məqsədilə
yaranmış qlobal şəbəkədir. Bu şəbəkə ölkələr daxili və xarici dövlət
strukturları, beynəlxalq və Qeyri Hökümət Təşkilatları (QHT) ilə əməkdaşlıq çərçivəsində
humanitar missiyasını yerinə yetirir. Ona görə də belə bir əməkdaşlıqda
güclü koordinasiya, prinsiplər əsanasında qurulan həmrəylik çox vacibir. Diqər
vacib tərəf isə humanitar missiyanı həyata keçirən zaman dəstəyi təcili,
vaxtında və məhz konkret insanın həmin an ehtiyac duyduğu həcmdə çatdırmaq
olduqca vacibdir.
Mövzunun davamı olaraq Elşən Səimzadə
iştirakçılara “Fəlakətlər zamanı yardım göstərən BQXQA Hərəkatı və
Qeyri-Hökumət Təşkilatları (QHT) üçün Davranış Kodeksi nədir və o niyə
vacibdir” və “Davranış Kodeksin 10 Əsas maddəsi” haqqında biliklər təqdim
etmişdir. Fürsətdən istifadə edərək Elşən Səlmzadə tərəfindən iştirakçılara
qeyd edilmişdir ki, müxtəlif humanitar əməliyyatlarda uzun müddətli
iştirak, əhaliyə kompleks yardımın təşkili və idarə olunması sahəsində təcrübə
imkan verir ki, təkçə nəzəri deyil həm də praktiki məqamları təqdim etmək.
Uzunmüddətli "sahə" təcrübəsi bizlərə təkcə mürəkkəb loqistik və əməliyyat
zəncirləri qurmağı deyil, həm də quru rəqəmlərin
və hesabatların arxasında duran canlı insan taleyini görməyi öyrədib. İstənilən
missiyanın səmərəliliyi iki sarsılmaz postulatın gözlənilməsindən asılıdır:
yardımın ünvanlılığı (yalnız real ehtiyaclara əsaslanan yanaşma) və zərərçəkənlərin
ləyaqətinə dərin hörmət. Resursların vaxtında təqdim edilməsi və insan ləyaqətinin
qorunması — humanitar işçinin peşəkarlığını müəyyən edən və cəmiyyətin
dayanıqlı bərpası üçün təməl yaradan əsas leytmotivdir. Bizim tərəfimizdən elə
bir şərait yaradılır ki, göstərilən kömək sadəcə bir xeyriyyə aktı deyil,
insanın həyata yenidən tutunması üçün bir vasitə olsun.
AzQAC-nin növbəti İY üzrə mütəxəssisi və
koordinatoru Dr. Şahın Biləndərli tərəfindən QXQAH və AzQAC-nın daxilində fövqəladə
hallar, fəlakət böranlı zamanında hansı ilkin müdxilələrin olunması haqqında məlumat
və İlk Yardım üzrə bilik, bacarıqlar üzrə nəzəri və praktiki məşğələlər
üsuluna əsaslanaraq təqdimatlar edildi. O qeyd etdi ki, hər hansısa hadisə baş
verdikdə vaxt ən qiymətli resursdur, ilk yardım üzrə bilik və bacarıqlar
isə çox vaxt həyatla ölüm arasındakı sərhədi müəyyən edir. Peşəkar hazırlıqlı
olduqda, vaxtında, düzgün, peşəkar tibbi yardım gələnə qədər müdaxilə etdikdə
zərərçəkənin vəziyyətinin ağırlaşmasının qarşısını almaq və sağ qalma şansını dəfələrlə
artırır. Bu bacarıqlara sahib olmaq texniki hazırlıqlıq tələb edir. Sonra
Dr. Şahin Biləndərli bir sıra həyati vacib mövzular üzrə açıqlamalar verdi:
-Hadisə yerinin qiymətləndirilməsi: Təhlükəsizliyin
təmin edilməsi və növbəti addımların müəyyənləşdirilməsi.
-Zərərçəkənin müayinəsi: Yaralının vəziyyətinin
ilkin yoxlanılması və "Bərpa vəziyyəti"nə (stabil yan vəziyyət) gətirilməsi.
-Ürək-Ağciyər Reanimasiyası (ÜAR): Dolayı
ürək masajı və süni tənəffüs qaydaları. Burada böyüklər və uşaqlar (0-14 yaş)
arasındakı fizioloji fərqlər və reanimasiya xüsusiyyətləri xüsusi qeyd olunub.
-Tənəffüs yollarının yad cisimlə
tıxanması: Boğulma zamanı "Heymlix manevri" və zəhərlənmə hallarında
görüləcək tədbirlər.
İY paketinə daxil olunan digər mövzular
növbəti tədbirlərdə ətraflı olaraq işıqlandırılacaq. Hər bir mövzuda praktiki
nümayişlərdən iştirakçılar təkrar etmək üçün dəvət olunmuşdurlar.
Tədbirin son mövzuları İlk
Psixoloji Yardım (İPY) və Psixi Sağlamlıq və Psixososial dəstək (MHPSS) üzrə
açıqlamalar verildikdə qeyd edildi ki, İY və İPY adətən hər hansısa bir hadisələr,
fövqəladə halar zamanı demək olar ki, paralel olaraq göstərilir. Fəlakətdən zərər
çəkmiş insanların humanitar yardım, İY-la yanaşı psixisosial dəstəyə böyük
ehtiyacı olur. Odur ki, bu sahələrdə lazımı bilik və bacarıqlar zəruridir və
vaxtında təqdim olunmalıdır ki, vəziyyətin ağırlaşmasının qarşısı
alınsın.