Qazax rayonunda məktəblilər üçün “Yayım” sessiyası keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Qazax rayonunda məktəblilər üçün “Yayım” sessiyası keçirilib
 “Dissemination" session was held for schoolchildren in the Gazakh district

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qazax rayon bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsinin FMKD üzvləri bu günlərdə Qazax şəhər 5 saylı tam orta məktəbdə bir qrup şagird üçün “Yayım” sessiyası keçiriblər. FMKD üzvləri Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında öz bilik və bacarıqlarını şagirdlərlə bölüşüblər.

Sessiya zamanı şagirdlərə Hərəkatın yaranma tarixi, fəaliyyəti, əsas prinsipləri, emblemlər və onların istifadəsi barədə ətraflı məlumat verilib. Eyni zamanda milli cəmiyyət olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında ümumi məlumat təqdim olunub, eyni zamanda Cəmiyyətin Qazax rayon bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsinin rayonda həyata keçirdiyi fəaliyyətlərdən bəhs edilib.

Görüşün sonunda “Yayım” sessiyasında iştirak edən şagirdlərlə mövzu ətrafında sual-cavab aparılıb və sessiya bununla yekunlaşdırılıb.

Ümumilikdə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qazax rayon bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsinin üzvləri il ərzində Qazax rayonunun məktəblərində və təhsil müəssisələrində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranması və fəaliyyəti ilə bağlı bir neçə dəfə seminar və maarifləndirici məşğələlər keçiriblər.