AzQAC-ın İdarəetmə Şurasının geniş tərkibdə iclası keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın İdarəetmə Şurasının geniş tərkibdə iclası keçirilib
 An expanded meeting of the Governing Board of the Azerbaijan Red Crescent Society was held

Dekabrın 29-da 2025-ci ilin yekunlarına dair Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının geniş tərkibdə iclası keçirilib. İclası giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov iştirakçıları salamlayıb və iclasın gündəliyini təqdim edib. Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov, AzQAC-ın 2025-ci il üzrə fəaliyyətinin yekunu ilə bağlı məruzə edib və həmçinin AzQAC-ın 105 illik yubileyinin keçirilməsi məsələsini vurğulayıb. Çıxışında xüsusilə, Cəmiyyətin fəaliyyət istiqamətlərindən, ehtiyaclı vətəndaşlara və fövqəladə hallar zamanı zərərçəkən vətəndaşlara göstərilən müxtəlif növ yardımlar barədə fikirlərini bildirib. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti Federasiyası (BQXKF) ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında mövcud tərəfdaşlıq və əməkdaşlıq əlaqələrindən bəhs edib, bu əməkdaşlığın son illərdə daha da genişləndiyini vurğulayıb.

Daha sonra AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev normativ sənədlərin təsdiqi və AzQAC Katibliyinin 2025-ci il üzrə fəaliyyətinə dair hazırlanan hesabatla bağlı ətraflı məlumat verib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurası AzQAC-ın bu ilki fəaliyyətinə müsbət qiymət verərək, gələn ildə uğurlar qazanılacağına ümidvar olduğunu bildirib.