2025-ci il dekabrın 27-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin təşkilatçılığı, SOCAR Polymer MMC, Paşa Sığorta ASC və Paşa Həyat Sığorta ASC-nin maliyyə dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2026-cı ilin gəlişi münasibətilə şəhid və qazi ailələri, eləcə də hər iki valideynini itirmiş və sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram tədbiri təşkil edilib.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş
qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzinin koordinatoru
Mətanət Məhərrəmova tədbiri açaraq qonaqları salamlayıb, bu cür sosial yönümlü
tədbirlərin əhəmiyyətindən bəhs edib.
Millət vəkili Səbinə Salmanova və sponsor qurumların nümayəndələri çıxış
edərək iştirakçıları Yeni il münasibətilə təbrik edib, şəhid və qazi ailələrinə
göstərilən diqqətin davamlı olduğunu vurğulayıblar.
Tədbir bədii hissə ilə davam edib, Sumqayıt Musiqi Kollecinin “Digah”
ansamblının ifaları, Şaxta Baba və nağıl qəhrəmanlarının çıxışları uşaqlara
bayram sevinci yaşadıb. Sonda uşaqlara Yeni il hədiyyələri təqdim edilib,
sponsor və tərəfdaşlara təşəkkürlər bildirilib.