AzQAC Xocalı və Ağdərədə nağd yardım alan ailələrə ev ziyarətləri həyata keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Xocalı və Ağdərədə nağd yardım alan ailələrə ev ziyarətləri həyata keçirib
 Employees of the Azerbaijan Red Crescent Society visited the homes of families who received cash assistance in Khojali and Aghdere districts

Qeyd edək ki, 2025-ci ilin noyabr-dekabr aylarında Xocalı və Ağdərədə məskunlaşan əhalinin kənd təsərrüfatı fəaliyyətlərinə dəstək göstərilməsi məqsədilə Nağd Pul və Vauçer Yardımı layihəsi çərçivəsində 246 ailəyə hər birinə Azərpoçt vasitəsilə 500 AZN məbləğində Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yardım edilmişdir.

2026-cı il 8-9 yanvar tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Paylama Sonrası Monitorinq çərçivəsində Xocalı və Ağdərə rayonlarında yaşayan ailələrə ev ziyarətləri həyata keçirmişdir.

Monitorinq çərçivəsində ümumilikdə 20 ailə ziyarət olunmuş, onlardan 14 ailə Xocalıdan, 6 ailə isə Ağdərədən olmuşdur. Ziyarətlər zamanı yardım alan ailələr bildiriblər ki, nağd vəsaitin əsas hissəsini ev heyvanları və ev quşları üçün yem alınmasına, həmçinin təsərrüfatlarının dəstəklənməsinə sərf ediblər. Bununla yanaşı, bəzi ailələr yardımı məişət əşyaları və ev ləvazimatlarının alınmasına yönəldiblər.

Ümumilikdə ailələr nağd yardım layihəsinin icra prosesindən məmnun qaldıqlarını ifadə ediblər.