AzQAC-ın prezidenti Novruz Aslanov regional koordinatorlarla görüş keçirib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın prezidenti Novruz Aslanov regional koordinatorlarla görüş keçirib
2026-ci il yanvarın 12-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində AzQAC-ın prezidenti Novruz Aslanov regional koordinatorlarla görüş keçirib. Görüş zamanı 2025-ci ilin yekunları müzakirə olunub, görülmüş işlər, əldə olunan nəticələr, eləcə də regional bölmələrin fəaliyyətində mövcud olan çağırışlar və müsbət təcrübələr diqqətə çatdırılıb.
Eyni zamanda 2026-cı il üçün planlaşdırılan fəaliyyətlər, regionlar arasında koordinasiyanın gücləndirilməsi və humanitar proqramların səmərəliliyinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşün yekununda qarşıdakı dövr üçün prioritet istiqamətlər və konkret fəaliyyət addımları müəyyən edilib.