2026-cı ilin əvvəlindən etibarən, Azərbaycan Qızıl Aypara Cəmiyyəti təlim keçmiş könullulərin iştirakı ilə mina və partlamamış hərbi sursatların təhlükələrinə dair maarifləndirmə sessiyalarına yenidən start vermişdir. Bu il ərzində də fəaliyyətlərin işgaldan azad olunmuş ərazilərdə, eləcə də keçmiş məcburi köçkünlərin məskunlaşdığı müxtəlif bölgələrdə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bu yönümlü keçirilmiş tədbirlərdən biri də 2026-cı il yanvarın 12-də Bərdə
şəhərində məcburi köçkünlərin məskunlaşdığı 866 saylı qəsəbədə həyata keçirilib. AzQAC-ın Bərdə şəhər bölməsinin
xüsusi təlim keçmiş könüllüləri həmişə olduğu kimi əhali arasında maarifləndirmə
işlərini yuksək səviyyədə davam etdirilib. Cəmiyyətin uğurla həyata keçirdiyi
bu yönümlü fəaliyyətlər əhali tərəfindən müsbət qarşılanıb. Eyni zamanda, qəsəbədə
yerləşən məktəbin pedaqoji və şagird kollektivi bu yönümlü tədbirlərin həyata
keçməsində göstərdikləri təşəbbüsə görə AzQAC-ın rəhbərliyinə təşəkkürlərini
çatdırmağını xahiş ediblər.
Tədbirdə AzQAC-ın İcraçı Katibinim müavini, silahlara qarşı mübarizə
layihəsinin rəhbəri Məmməd Kətanov, AzQAC-ın Bərdə şəhər bölməsinin sədri Rəfael
Vəliyev və bölmənin könüllüləri iştirak etdilər.
Tədbirdə AzQAC-ın İcraçı Katibinim müavini, silahlara qarşı mübarizə
layihəsinin rəhbəri Məmməd Kətanov, AzQAC-ın Bərdə şəhər bölməsinin sədri Rəfael
Vəliyev və bölmənin könüllüləri iştirak etdilər.