AzQAC Sumqayıt şəhər bölməsində FMKD üzvləri tərəfindən ilk yardım təlimi keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsində FMKD üzvləri tərəfindən ilk yardım təlimi keçirilib
 Members of the Emergency Mobile Volunteer Team of the Sumgait City Branch of the Azerbaijan Red Crescent Society conducted a training on first aid

14 yanvar 2026-cı il Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsinin (FMKD) üzvləri tərəfindən Gənclər Evinin könüllü gəncləri üçün “İlk yardım” mövzusunda praktiki təlim keçirilib.

Təlim zamanı huşsuz, lakin nəfəs alan zərərçəkənə yardım və bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxmalar, sınıqlar, yaralar və yanıqlar üzrə ətraflı məlumat verilib, həmçinin, praktik nümunələr nümayiş etdirilib.

İnteraktiv formada təşkil olunan təlimdə iştirakçı könüllülərin sualları cavablandırılıb.