2026-ci il yanvarın
16-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lənkəran Regional Mərkəzinin
könüllüləri Lənkəran Regional Perinatal Mərkəzinə səfər ediblər. Səfər çərçivəsində
Perinatal Mərkəzdə müalicə alan hamilə xanımlara və yeni doğulmuş körpələrə humanitar
dəstək məqsədilə “Pampers Premium Care” uşaq bezləri paylanılıb. Bu təşəbbüs
ana və körpələrin rifahının yaxşılaşdırılmasına, onların bu həssas dövrdə
ehtiyaclarının bir qədər də olsa qarşılanmasına töhfə vermək məqsədi daşıyıb.
Könüllülər tərəfindən göstərilən bu diqqət və qayğı iştirakçılar tərəfindən məmnunluqla
qarşılanıb.