Azərbaycan Qızıl Aypara Cəmiyyəti 20 Yanvar şəhidlərinin xatirəsini anıb
Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyəti 20 Yanvar şəhidlərinin xatirəsini anıb
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi və əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Ziyarət çərçivəsində şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, dualar oxunub və “Qara Yanvar” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Qızıl Aypara Cəmiyyəti şəhidlərin qəhrəmanlığını daim uca tutur və bu tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayır.