AzQAC-ın Göyçay Rayon Bölməsinin Könüllüləri tərəfindən ailələrə yardım

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Göyçay Rayon Bölməsinin Könüllüləri tərəfindən ailələrə yardım
 Assistance to vulnerable families by volunteers from the Goychay district branch of the Azerbaijan Red Crescent Society

2026-cı il yanvarın 24-də AzQAC-ın Göyçay Rayon Bölməsinin könüllüləri tərəfindən sosial cəhətdən həssas vəziyyətdə olan ailələr üçün sosial dəstək aksiyası həyata keçirilmişdir. Aksiya çərçivəsində ehtiyacı olan ailələrə körpələr üçün bezlər və gündəlik tələbat məhsulları təqdim edilib.

Bu təşəbbüsün əsas məqsədi aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılmasına töhfə vermək, onların gündəlik ehtiyaclarının müəyyən hissəsini qarşılamaq və cəmiyyət daxilində sosial həmrəyliyi gücləndirmək olub. Yardım zamanı könüllülər ailələrin mövcud vəziyyəti ilə yaxından tanış olub, onlara mənəvi dəstək göstəriblər.

AzQAC-ın əsas humanitar prinsiplərinə uyğun olaraq həyata keçirilən bu fəaliyyət, könüllülərin cəmiyyətə fayda vermək, insanlara ümid və dəstək olmaq istəyinin bariz nümunəsini əks etdirir. Gələcəkdə də bu kimi sosial yönümlü layihələrin davam etdirilməsi nəzərdə tutulub.