2026-cı il yanvarın 28-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qobustan Rayon Bölməsinin sədri və könüllüləri Qobustan Rayon Mərkəzi Xəstəxanasının ASM, Ginekologiya və Pediatriya şöbələrinə səfər ediblər. Səfər çərçivəsində humanitar dəstək məqsədilə “Pampers Premium Care” uşaq bezləri müvafiq şöbələrə təqdim olunub.
Bu
təşəbbüs ana və körpələrin rifahının yaxşılaşdırılmasına, onların həssas dövrdə
olan ehtiyaclarının qismən də olsa qarşılanmasına xidmət edib. Könüllülər
tərəfindən göstərilən diqqət və qayğı səhiyyə müəssisəsinin kollektivi və
faydalananlar tərəfindən məmnunluqla qarşılanıb.