"Gənclər günü" qeyd olunub

Əsas səhifə / XƏBƏRLƏR / "Gənclər günü" qeyd olunub

2 Fevral – ''Azərbaycan Gənclər Günü'' münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən Bakı, Sumqayıt, Lənkəran və digər bölgələrdə müxtəlif tədbirlər təşkil olunmuşdur. Tədbirlərin keçirilməsində Cəmiyyətin fəal gənc könüllüləri yaxından iştirak etmiş, onların təşəbbüskarlığı və sosial fəallığı xüsusi ilə diqqət çəkmişdir.
Gənc könüllülərin iştirakı ilə maarifləndirici sessiyalar, ictimai aksiyalar, interaktiv görüşlər və sosial yönümlü fəaliyyətlər həyata keçirilmişdir. Bu tədbirlər gənclər arasında humanitar dəyərlərin təşviqinə, könüllülük ruhunun gücləndirilməsinə və gənclərin cəmiyyətin inkişafında rolunun artırılmasına xidmət etmişdir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti gələcəkdə də gənc könüllülərin potensialının inkişafına yönəlmiş fəaliyyətlərini davam etdirəcəkdir.
Tədbirlərdə Azərbaycan AzQAC-ın prezidenti, Millət vəkili Novruz Aslanov, vitse-prezident Qafar Əsgərzadə, İcraçı katibin müavinləri Xalidə İsgəndərova, Səbinə Məhbubi-İran, Sumqayıt RM koordinatırı Mətanət Məhərrəmova və digərləri iştirak etmişdir.