Pirallahıda yardım

Əsas səhifə / XƏBƏRLƏR / Pirallahıda yardım

2026-cı il yanvarın 31-də bir qrup aztəminatlı ailəyə AzQAC Pirallahı Rayon Bölməsi tərəfindən humanitar yardım göstərilib. AzQAC-ın humanitar dəyərlərinə və strateji planına uyğun olaraq həyata keçirilən yardım aksiyası çərçivəsində AzQAC könüllüləri fəal iştirak edib. Göstərilən yardım aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılmasına, onların gündəlik ehtiyaclarının qarşılanmasına və həssas əhali qruplarının dəstəklənməsinə yönəlib.

Bu fəaliyyət AzQAC-ın 2025-2030-cu illər üzrə strateji planında nəzərdə tutulmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və humanitar dəstəyin sistemli şəkildə təşkili məqsədinə xidmət edir. Əlavə olaraq 1 ailəyə himayəsində 2 aylıq körpəsi olduğu nəzərə alınaraq 1 qutu uşaq bezi və  ərzaq yardımı təqdim olunub.

Təşəbbüsdə AzQAC Pirallahın Rayon bölməsinin sədri Təranə İsgəndərova və könüllülər iştirak ediblər.