2026-cı il fevralın 2-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsində 2 Fevral – ‘’Azərbaycan Gəncləri Günü’’ münasibətilə tədbir keçirilib.
AzQAC-ın Bakı Regional Mərkəzinin koordinatoru Rəna İbrahimova
öz çıxışında gəncləri bayram münasibətilə təbrik edərək bildirib ki, Ümummilli
Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. O, gənclərin AzQAC-ın həyata keçirdiyi sosial layihələrdə, humanitar
aksiyalarda və maarifləndirmə tədbirlərində fəal iştirakını xüsusi qeyd edib.
AzQAC-ın Nizami rayon bölməsinin sədri Günay İbrahimova isə gənclərin fəaliyyətini yüksək qiymətləndirərək onlara yeni nailiyyətlər və uğurlu gələcək arzulayıb.
Tədbir çərçivəsində tərəfdaş şirkətlərin nümayəndələri
gənclərə öz xoş arzularını çatdırıblar. AzQAC-a göstərdiyi dəstəyə və humanitar
fəaliyyətə verdiyi töhfəyə görə “Soel Parfum” şirkətinə təşəkkürnamə təqdim
olunub.
Sonda könüllülərin təklifləri dinlənilib, onların bilik və bacarıqlarının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, bayram tortu kəsilib və könüllülərə hədiyyələr təqdim olunub.
Tədbirdə “Asfarma”, “Soel Parfum”, “Seni” və “Güvən Dayə” şirkətlərinin nümayəndələri, AzQAC-ın Nizami rayon bölməsinin könüllüləri iştirak ediblər.