2026-cı il fevralın 4-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində Türk Dövlətləri Təşkilatına üzv olan milli Cəmiyyətlərin Qırmızı Şəbəkəsi çərçivəsində yaradılan Gənclər Şəbəkəsinin ilk görüşü keçirilmişdir.
Görüşün əsas məqsədi Türk Dövlətləri Təşkilatına üzv olan Milli Cəmiyyətlərin Qırmızı Şəbəkəsi çərçivəsində fəaliyyət göstərəcək Gənclər Şəbəkəsinin yaradılması, gələcək planları və fəaliyyət istiqamətləri barədə iştirakçılara ətraflı məlumatın təqdim edilməsindən ibarət olmuşdur. Eyni zamanda, gənclər arasında əməkdaşlığın gücləndirilməsi, regional səviyyədə təcrübə mübadiləsinin təşviqi və birgə humanitar təşəbbüslərin formalaşdırılması müzakirə edilmişdir.
Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslanov könüllüləri salamlayaraq, Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranma tarixi, əsas prinsipləri və dəyərləri barədə ətraflı məlumat vermişdir. O, könüllülüyün humanitar fəaliyyətlərdə oynadığı mühüm rolu vurğulamış, gənclərin bu sahədə fəal iştirakının vacibliyini qeyd etmiş, həmçinin, humanitar diplomatiya anlayışı, onun regional və beynəlxalq əməkdaşlıqdakı əhəmiyyəti haqqında danışmışdır.
Açılış nitqindən sonra Türk Dövlətləri
Təşkilatına üzv olan milli cəmiyyətlər arasında əlaqələrin möhkəmləndirilməsinə
xidmət edən Gənclər Şəbəkəsi haqqında ətraflı təqdimat həyata
keçirilmişdir. Təqdimatda Şəbəkənin məqsədləri, fəaliyyət planı, prioritet
istiqamətləri, həmçinin, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə
layihələr və təşəbbüslər iştirakçıların diqqətinə çatdırılmışdır.
Görüş interaktiv müzakirələr və sual-cavab
sessiyası ilə davam etdirir, gənclər öz fikir və təkliflərini bölüşərək
Şəbəkənin inkişafına dair baxışlarını təqdim etmişlər.