Könüllülər üçün İlk Yardım və Psixososial dəstək təlimi keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Könüllülər üçün İlk Yardım və Psixososial dəstək təlimi keçirilib

2026-cı il fevralın 9-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin AzQAC Baş ofisində Qarabağ İqtisadi Regionunun rayon bölmələrindən 14 könüllü üçün İlk Yardım və Psixososial dəstək mövzularında biliklərin təzələnməsi təliminə start verilib.

Təlimdə AzQAC-ın İcraçı Katibinin müavini Sağlamlıq və qayğı şöbəsinin müdiri Səbinə Məhbubi-İran iştirakçıları salamlayaraq təlimin məqsədini və gedişat qaydasını təqdim edib. Təlimin əsas məqsədi iştirakçıların əvvəllər verilmiş biliklərini təzələmək, əhatə olunmuş və olunmamış mövzuları müəyyənləşdirmək və onları növbəti mərhələyə – təlimçi səviyyəsinə keçməyə hazırlamaq olub. İştirakçılara yeni üsul olaraq mövzuların qruplar üzrə bölünməsi və təqdimat üsulları təqdim olunub.

3 gün davam edən 16 saatlıq təlim proqramına nəzəri və praktiki məşğələlər daxil edilib, iştirakçılara əlavə mövzular (daşınma qaydaları və çeşidləmə) təqdim olunub. Dr. Şahin Biləndərliyə söz verilərək mövzular yenidən araşdırılıb və iştirakçıların biliklərinin təzələnməsi üçün təqdimatlar etmişdir.

Günün son mərhələlərində təlimin/tədbirin təşkil olunması qaydaları təqdim olunub, tədbirlərin mərhələləri, təşkilati və texniki işlər qeyd olunub. Birinci günün sonunda iştirakçılar 2 nəfərlik qruplara bölünərək mövzular seçmiş və növbəti gün onların təqdimatları gözlənilib.