Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş ofisində Qarabağ İqtisadi Regionunun rayon bölmələrindən olan könüllülərlə təlim davam olunub
Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş ofisində Qarabağ İqtisadi Regionunun rayon bölmələrindən olan könüllülərlə təlim davam olunub
2026-cı il fevralın 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş ofisində Qarabağ İqtisadi Regionunun rayon bölmələrindən olan könüllülər üçün İlk Yardım və Psixososial dəstək mövzularında təlimin davam olunub.
Təlimin ikinci günündə İlk Yardıma aid bütün mövzular əhatə edilib və növbəti mərhələ olaraq könüllülərlə təbirlərin təşkil olunması qaydaları xatırlanıb. Qeyd edilib ki, hər bir tədbirin hazırlanmasında tədbirdən əvvəl, tədbir zamanı və tədbirdən sonra lazımı texniki və təchizatı tərəflər nəzərə alınmalıdır.
Bundan sonra söz iştirakçılara verilib. Başlanğıc olaraq onların tərəfindən ilk mövzular (Qanaxmalar, İlk Yardımın anlayışı, İlk yardımın məqsədləri və qaydaları) təqdim edilib. Təqdimatlar praktiki nümayişlərlə müşahidə olunub və aparıcı təlimatçılar tərəfindən şərh edilib.
Sonda iştirakçılara 3-cü günün programı xatırlanib. Belə ki, təlimin axırıncı günündə iştirakçıların bölünmüş mövzular əsasında çıxışları davam olunacaq. Əlavə olaraq onlara “Daşınma üsullarının izahı və üsulu”, “Çeşidləmə qaydaları” təqdim ediləcək və kiçik simulasiya təşkil olunacaq.