Könüllülər üçün İlk Yardım və Psixososial dəstək təlimi keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Könüllülər üçün İlk Yardım və Psixososial dəstək təlimi keçirilib

2026-cı il fevralın 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş ofisində Qarabağ İqtisadi Regionunun rayon bölmələrindən 14 könüllü üçün İlk Yardım və Psixososial dəstək mövzularında biliklərin artırılması təliminə start verilib.

Təlimdə AzQAC-ın İcraçı Katibinin müavini, Sağlamlıq və Qayğı şöbəsinin müdiri Səbinə Məhbubi-İran iştirakçıları salamlayaraq , təlimin məqsədini və keçirilməsi qaydasını təqdim edib. Təlimin əsas məqsədi iştirakçıların əvvəl verilmiş biliklərinin yenilənməsi, əhatə olunmuş və olunmamış mövzuları müəyyənləşdirmək, həmçinin onları növbəti mərhələyə – təlimçi səviyyəsinə hazırlamaq olub. İştirakçılara mövzuların qruplar üzrə bölünməsi və təqdimat üsulları təqdim olunub.

3 gün davam edən 16 saatlıq təlim proqramına nəzəri və praktiki məşğələlər daxil edilib, iştirakçılara əlavə mövzular – daşınma qaydaları və çeşidləmə təqdim olunub. Dr. Şahin Biləndərli, mövzular üzrə təhlillər və iştirakçıların biliklərinin yenilənməsi üçün təqdimatlar edib.

Günün son mərhələsində iştirakçılara təlimin və tədbirin təşkil olunması qaydaları təqdim olunaraq, tədbirlərin mərhələləri, təşkilati və texniki məsələlər xüsusi qeyd olunub.