Bakı Regional Mərkəzində “Asfarma” şirkəti ilə görüş keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Bakı Regional Mərkəzində “Asfarma” şirkəti ilə görüş keçirilib

Bu günlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Bölməsində “Asfarma” şirkətinin rəhbərliyi və nümayəndələri, rayon bölmələrinin sədrləri və könüllülərin iştirakı ilə görüş keçirilib. Görüş səmimi və işgüzar mühitdə baş tutub, gələcək əməkdaşlıq imkanları, sosial proqramlar və birgə layihələr ətrafında müzakirələr aparılıb.

Bakı Regional Mərkəzinin koordinatoru Rəna İbrahimova şirkətə göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirib, rayon bölmələrinin nümayəndələri əməkdaşlıqla bağlı təkliflərini səsləndirib. Binəqədi rayon bölməsinin sədri Afət xanım tərəfdaşlığın həssas əhali qruplarına dəstəyin gücləndirilməsində rolunu qeyd edib.

“Asfarma” nümayəndələri AzQAC-ın sosial və humanitar fəaliyyətlərindən danışıb, səhiyyə sahəsində maarifləndirmə və düzgün dərman istifadəsi ilə bağlı məlumat və tövsiyələr verib. Görüş çərçivəsində sosial layihələrə dəstək məqsədilə dərman preparatları yardımı edilib.