Avropa Azərbaycan Məktəbinin şagirdləri Sumqayıt Regional Mərkəzinin qonağı olublar

Əsas səhifə / XƏBƏRLƏR / Avropa Azərbaycan Məktəbinin şagirdləri Sumqayıt Regional Mərkəzinin qonağı olublar

Avropa-Azərbaycan Məktəbinin 4 “A” sinifindən üç məktəbli AzQAC Sumqayıt Regional Mərkəzinin qonağı olub. Ziyarətin məqsədi Cəmiyyətin fəaliyyəti və qeydiyyatdakı tənha ahıl insanlara göstərilən qayğı ilə tanış olmaq idi.

Tədbir Mətanət Məhərrəmova tərəfindən uşaqların foyedə yerləşdirilmiş foto-stendlə tanış edilməsi ilə başlayıb. Könüllü Tahir Qubadov ingilis dilində hazırladığı prezentasiyada Cəmiyyətin yaranma tarixi, əsas fəaliyyət istiqamətləri və ahıllara göstərilən qayğı barədə məlumat verib.

Uşaqların suallarına  cavablar verilib. Mərkəz əməkdaşları və şagirdlər 93 yaşlı İzzət Yusifovu və onun xanımını ziyarət edib, onlara uşaqlar tərəfindən toplanmış ərzaq bağlamaları təqdim olunub. Ahıllar göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

Ziyarətin sonunda şagirdlər və müəllimlər maraqlı gün üçün öz təşəkkürlərini bildirərək gələcəkdə Qızıl Aypara Cəmiyyətinin könüllüsü olacaqlarını və yaşlı insanlara qayğı göstərəcəklərini qeyd ediblər.