AzQAC-ın Baş ofisində Qarabağ İqtisadi Regionunun rayon bölmələrindən olan könüllülərlə təlim başa çatdırılıb

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Baş ofisində Qarabağ İqtisadi Regionunun rayon bölmələrindən olan könüllülərlə təlim başa çatdırılıb

2026-cı il fevralın 12-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş ofisində Qarabağ İqtisadi Regionunun rayon bölmələrindən olan könüllülər üçün 3 günlük İlk Yardım və Psixososial dəstək mövzularında təlim başa çatdırılıb.
Təlimin son günündə könüllülər öz çıxışlarını davam etdirərək növbəti mövzuları (Tənəffüs yollarında yad cisim, İlk Yardım anlayışı, İlk yardımın məqsədləri və qaydaları) təqdim ediblər. Təqdimatlar praktiki nümayişlərlə müşahidə olunub və yenə də aparıcı təlimatçılar tərəfindən şərh edilib.
Sonda iştirakçılara son mövzular “Çeşidləmə qaydaları” (bir neçə zərər çəkən olduğu halda İY göstərilməsinin ardıcıllığı, bir neçə zərər çəkən olduğu halda İY göstərəndən sonra daşınmanın ardıcıllığı, fövqəladə hal zamanı İY göstərilməsinin ardıcıllığı və “Daşınma üsullarının izahı və üsulu” (xərək ilə, xərəksiz, bir nəfərin və ya bir neçə nəfərin iştirakı ilə) təqdim edilib. İştirakçılarla birlikdə 2-3 daşınma üsulları nümayiş olunub.
«Zəlzələdən Sonra Dağıntı» adlı kiçik simulasiya tapşırığı zamanı iştirakçılarla ətraflı kimlərə və hansı ardıcıllıqla köməyin göstərilməsi və göstərilən köməyin səbəbləri müzakirə olunub. Könüllülərə simulyasiya tapşırığı vasitəsilə bütün 3gün ərzində verilən biliklər tam əhatə olunub və bununla da təlim öz işini yekunlaşdırıb.