“Sevgi Boxçası” layihəsi çərçivəsində yeni analara mənəvi dəstək tədbiri keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / “Sevgi Boxçası” layihəsi çərçivəsində yeni analara mənəvi dəstək tədbiri keçirilib
2026-cı
il fevralın 19-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Mərkəzi və
Nizami rayon bölməsinin birgə təşəbbüsü ilə “Sevgi
Boxçası” humanitar tədbiri Referans Medical Groupun tərkibində fəaliyyət göstərən
“Leyla Medical Center“də təşkil edilib.
Ana
və körpə sağlamlığının qorunmasına, analığın dəyərinin təbliğinə və qadınlara mənəvi
dəstəyin göstərilməsinə həsr olunmuş tədbirdə 25 yeni ana iştirak edib. Layihənin
məqsədi barədə məlumat verilib. Nizami rayon bölməsinin sədri Günay İbrahimova
analara xoş arzularını çatdırıb.
Bakı
Regional Mərkəzinin sədr müavini Sara Şavaqatova analıq dövründə mənəvi dəstəyin
əhəmiyyətini vurğulayıb, psixoloq Aybəniz Zaman doğuşdan sonrakı psixoloji vəziyyətlə
bağlı tövsiyələr verib. Pediatr-neonatoloq Uzm. Dr. Kamil Şərifov ana südünün əhəmiyyəti
və yenidoğulmuşlara düzgün qulluq barədə məlumat təqdim edib.
Tədbirin
keçirilməsinə göstərilən dəstəyə görə “Leyla
Medical Center“in rəhbərliyinə və “Seni” şirkətinə təşəkkürümüzü bildiririk.
Layihənin əsas məqsədi analara qayğı və diqqət hissini aşılamaq və ana-körpə
sağlamlığının vacibliyini cəmiyyətə çatdırmaqdır.