2026-cı il fevralın 23-də Azerbaycan
Qızıl Aypara Cəmiyyətində müxtəlif
ali təhsil müəssisələrindən olan tələbələrin istehsalat təcrübəsinə başlanılıb.
Daxil olmuş müraciətlər müsbət qiymətləndirilib və qəbul edilib.
Təcrübənin ilk
günü çərçivəsində tələbələr üçün maarifləndirici təqdimat keçirilib və
iştirakçılara Qızıl
Aypara hərəkatının yaranma tarixi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının
fundamental prinsipləri – insanpərvərlik, qərəzsizlik, neytrallıq, müstəqillik,
könüllülük, vahidlik və universallıq – həmçinin Cəmiyyətin ölkə ərazisində həyata
keçirdiyi humanitar fəaliyyətlər barədə ətraflı məlumat verilib. Təqdimat
interaktiv formatda davam edib və tələbələri maraqlandıran suallar əməkdaşlar tərəfindən
cavablandırılıb.
İstehsalat təcrübəsinin
əsas məqsədi tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirmək
və onların gələcək peşə fəaliyyətinə töhfə verməkdir.