AzQAC-ın Bakı Regional Mərkəzində şagirdlərlə görüş keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Bakı Regional Mərkəzində şagirdlərlə görüş keçirilib

2026-cı il fevralın 24-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Mərkəzində Avropa Azərbaycan Məktəbinin şagirdləri üçün maarifləndirici görüş təşkil edilib. Görüş zamanı AzQAC Bakı Regional Mərkəzinin koordinatoru Rəna İbrahimova Cəmiyyətin fəaliyyəti, humanitar missiyası və həyata keçirilən sosial layihələr barədə məlumat verib.

Şagirdlərə bildirilib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ehtiyacı olan insanlara yardım göstərir, fövqəladə hallarda zərərçəkənlərə dəstək olur, ilk yardım təlimləri keçir və humanizm dəyərlərini təqdim edir. Uşaqlar təqdimatı maraqla dinləyib, suallar ünvanlayıb və könüllülüyün əhəmiyyəti barədə məlumat alıblar.

Görüş çərçivəsində qayğıya ehtiyacı olan Qəmzə Nəcəfova və Qüdrət Məmmədovanın evləri ziyarət olunub, onlara ərzaq yardımı təqdim edilib.