AZQAC-ın prezidenti növbəti onlayn-görüşünü keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AZQAC-ın prezidenti növbəti onlayn-görüşünü keçirib

2026-cı il fevralın 26-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı şəhərində yerləşən ofisində növbəti dəfə vətəndaşları qəbul edib. 


Rayonda olan seçicilərlə video-formatda keyfiyyətli bağlantının yaradılması məqsədilə millət vəkilinin Bakı və İsmayıllı ofislərində müvafiq avadanlıqlar quraşdırılıb. Vətəndaşlarla canlı ünsiyyət qurmaq üçün hər cür şərait yaradılıb.


Tədbirin gedişində İsmayıllı sakinlərini narahat edən bir sıra sosial yönümlü məsələlər və şəxsi müraciətlər deputatın diqqətinə çatdırılıb. Novruzəli Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağını bildirib.