2026-cı il fevralın 27-də Azərbaycan
Qızıl Aypara Cəmiyyətində müxtəlif ali təhsil müəssisələrinin sonuncu kurs tələbələri
istehsalat təcrübəsi keçiblər. Tələbələr üçün Cəmiyyətin Gənclər Komitəsi tərəfindən
planlaşdırılmış proqrama uyğun olaraq müxtəlif təlim və fəaliyyətlər həyata
keçirilib.
Gələcək əmək fəaliyyətinə hazırlaşan tələbələrin peşəkar inkişafına dəstək məqsədilə onlar üçün İnsan Resursları (HR) mövzusunda təlim təşkil edilib. Təlimin əsas məqsədi tələbələri əmək bazarına hazırlamaq, işə qəbul prosesləri barədə məlumatlandırmaq və onların gələcək karyera planlamasında düzgün istiqamət seçmələrinə dəstək olmaq olub.
Seminar zamanı
aşağıdakı mövzular ətrafında müzakirələr aparılıb:
• Effektiv CV hazırlanması qaydaları
• Müşayiət məktubunun (cover letter) yazılması
• İş müsahibəsinə hazırlıq və müsahibə zamanı düzgün davranış qaydaları
• Əmək bazarında tələb olunan bacarıqlar
• Komanda işi və ünsiyyət bacarıqları
• Peşəkar etika və iş mühitinə uyğunlaşma
Təlim interaktiv formatda keçirilib, iştirakçıların sualları cavablandırılıb və real iş müsahibəsi simulyasiyaları təşkil edilib. İştirakçılar praktiki tapşırıqlar vasitəsilə bilik və bacarıqlarını tətbiq etmək imkanı əldə ediblər.
Azərbaycan Qızıl
Aypara Cəmiyyəti gənclərin peşəkar inkişafına xüsusi önəm verib və onların gələcək
əmək fəaliyyətində uğur qazanmaları üçün maarifləndirici tədbirlərin təşkilini
davam etdirir.