AzQAC-ın Suraxanı Rayon Bölməsində yardım təşəbbüsü

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Suraxanı Rayon Bölməsində yardım təşəbbüsü

Yaxın günlərdə “Asfarma” şirkəti tərəfindən Bakı Regional Mərkəzinin dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Suraxanı Rayon Bölməsinə 300 ədəd dərman preparatı təqdim edilmişdir.

Dərman vasitələri Cəmiyyətin Suraxanı Rayon Bölməsi vasitəsilə rayon ərazisində yaşayan ehtiyaclı ailələrə paylanılıb.

Bu təşəbbüs sosial məsuliyyət nümunəsi olmaqla yanaşı, aztəminatlı ailələrə və sağlamlıq problemi yaşayan şəxslərə dəstək məqsədi daşıyıb. Layihə cəmiyyətdə həmrəylik və humanizm dəyərlərinin təşviqinə xidmət edir.

Təqdim olunmuş dərman preparatları ailələrin real ehtiyacları nəzərə alınaraq bölüşdürülüb və xüsusilə həssas sosial qruplara çatdırılıb. Bu kimi xeyriyyə aksiyaları ehtiyac sahiblərinin sağlamlığının qorunmasına mühüm dəstək göstərir.