AzQAC və Türk Kızılayı Ramazan ayı çərçivəsində aksiya keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC və Türk Kızılayı Ramazan ayı çərçivəsində aksiya keçirib

2026-cı il martın 3-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Türk Kızılay tərəfindən Müqəddəs Ramazan ayı münasibətilə birgə humanitar yardım aksiyası təşkil olunub. Aksiya Nəsimi və Nizami rayon bölmələrində, “Bir başına olanların yanı başındayız” Qida Yardım proqramı çərçivəsində həyata keçirilib.

Təşəbbüs çərçivəsində 100 aztəminatlı, tənha və sosial qayğıya ehtiyacı olan şəxsə ərzaq bağlamaları təqdim olunub.

Tədbiri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Mərkəzinin koordinatoru Rəna İbrahimova açıb. Çıxış edənlər arasında Nizami Rayon İcra Hakimiyyətinin birinci müavini Könül Həsənova da olub.

Aksiyada Türk Kızılay nümayəndələri Hasan Güler və Ömer Kemal Boralı, Qazaxıstan Kızılayının nümayəndəsi İskanova Gülnara Muxametkerimovna, Özbəkistan Kızılayının nümayəndəsi Diana Alieva, Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin Mətbuat müşaviri Cihangir İşbilir, Din xidmətləri müşaviri İhsan Açık, Kənd təsərrüfatı müşaviri Yener Yıldırım, ikinci katib Şeyda Şakar, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Əziz Qocayev, baş katibin müavini Elşən Səlimzadə və könüllülər iştirak ediblər.

Humanitar təşəbbüs beynəlxalq əməkdaşlıq və həmrəyliyin növbəti nümunəsi kimi dəyərləndirilib.