Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi Rayon Bölməsində yardım kompaniyası

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi Rayon Bölməsində yardım kompaniyası
 Aid campaign carried out by the Binagadi district branch of the Azerbaijan Red Crescent Society

2026-ci il martın 7-də Mübarək Ramazan Bayramı  və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 106-cı ildönümü münasibətilə “Mərcan” məhsullarının istehsalçısı “Azerbaijan Poultry Company”-nin dəstəyi ilə toyuq məhsullarında ibarət olan bağlama Binəqədi rayon bölməsinin qeydiyyatında olan 50 nəfər tənha, kimsəsiz insanlara və aztəminatlı ailəyə  təqdim olunub.

Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi Rayon Bölməsinin sədri Afət Quliyeva  çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək qeyd edib ki, bu mübarək ayda humanitar tədbirlərimiz silsilə şəklində davam edəcəkdir. Məqsədimiz əhalinin həssas qruplarına dəstək, sosial həmrəyliyi gücləndirmək və bayram günlərində ehtiyacı olan insanların yanında olmaqdır.