AzQAC Sumqayıt şəhər bölməsində 10 Mart – Aypara Günü qeyd olunub

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsində 10 Mart – Aypara Günü qeyd olunub
 The 10th of March – Red Crescent Day was celebrated by the Sumgait city branch of the Azerbaijan Red Crescent Society

2026-cı il martın 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin kollektivi tərəfindən Cəmiyyətin yaranmasının 106-cı ildönümü münasibətilə 10 Mart – Aypara Günü qeyd olunub.

Təməli 1920-ci ildə general-leytenant Əliağa Şıxlinski tərəfindən qoyulan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu il fəaliyyətinin 106-cı ildönümünü qeyd edib. 2008-ci il aprelin 7-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə hər il martın 10-u respublikamızda Qızıl Aypara Günü kimi qeyd olunub.

Bu əlamətdar gün münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov başda olmaqla Cəmiyyətin bütün əməkdaşlarını, çoxsaylı könüllülərini, təşkilatın fəaliyyətinə dəstək göstərən tərəfdaşları və qəlbi mərhəmətlə döyünən üzvlərimizi səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, uzun ömür, humanitar fəaliyyətinizdə tükənməz enerji və davamlı uğurlar arzulayırıq.