AzQAC-ın Nizami rayon bölməsində aztəminatlı ailələrə məişət ləvazimatları paylanılıb

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Nizami rayon bölməsində aztəminatlı ailələrə məişət ləvazimatları paylanılıb

2026-cı il martın 12-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsində müqəddəs Ramazan ayının mərhəmət və paylaşma ruhuna uyğun olaraq ehtiyacı olan ailələrə dəstək məqsədilə məişət ləvazimatları paylanılıb.

Təqdim olunan məişət ləvazimatları “Qazelli” şirkətinin dəstəyi ilə təmin edilib. Bu xeyirxah təşəbbüs sayəsində bir sıra ailələrin gündəlik məişət ehtiyaclarının qarşılanmasına töhfə verilib.

Xeyriyyə aksiyasının əsas məqsədi müqəddəs Ramazan ayında ehtiyacı olan ailələrin gündəlik məişət ehtiyaclarının qarşılanmasına dəstək olmaq, cəmiyyətdə yardımlaşma və həmrəylik dəyərlərini daha da gücləndirməkdir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti həssas əhali qruplarına dəstək göstərməyi özünün əsas humanitar missiyalarından biri hesab edir və bu istiqamətdə fəaliyyətini davam etdirir.

Ümid edilir ki, bu cür xeyirxah təşəbbüslər cəmiyyətdə yardımlaşma ruhunun daha da güclənməsinə və ehtiyacı olan insanlara dəstəyin artmasına töhfə veriləcək.