“Sevgi Boxçası” adlı tədbir keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / “Sevgi Boxçası” adlı tədbir keçirilib

2026-cı il martın 13-də Yeni Klinikada “Sevgi Boxçası” adlı tədbir təşkil olunub. Tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Mərkəzinin və Nizami rayon bölməsinin təşəbbüsü ilə həyata keçirilib.

Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllüləri, psixoloq, pediatr, ginekoloq və neanotoloq iştirak ediblər.
Tədbir çərçivəsində 30 ana və ana olmağa hazırlaşan xanımlara sevgi və qayğının rəmzi olaraq hədiyyə boxçaları təqdim olunub.

Təqdim olunan hədiyyələr cəmiyyətimiz tərəfindən və "Bella" şirkəti tərəfindən təmin edilmişdir. Göstərdikləri dəstəyə görə şirkətə təşəkkürümüzü bildiririk.
Tədbiri Bakı Regional Mərkəzin əməkdaşı Sara Şafaqatova açaraq hər kəsi salamladı və analara xoş arzularını çatdırdı.

Ginekoloq Xalidə Əfəndiyeva doğuşdan sonrakı bərpa dövrü və ana sağlamlığının qorunması barədə məlumat verdi.
Pediatr Sənubər İsmayılova yeni doğulan körpələrin ilk aylarda düzgün qayğısı və sağlam inkişafı haqqında tövsiyələrini bölüşdü.
Neonatoloq Könül Əliyeva körpələrin erkən inkişafı və gigiyena qaydaları barədə çıxış etdi.
Psixoloq Suğra Quliyeva isə analarda doğuşdan sonra yaranan emosional vəziyyət, stress və yorğunluğun idarə olunması, ana ilə körpə arasında emosional bağın gücləndirilməsi mövzusunda tövsiyələr verdi.

Eyni zamanda tədbirin keçirilməsinə yaratdığı şəraitə görə Yeni Klinikanın rəhbərliyinə, həmçinin səhiyyə sahəsində bu kimi sosial  təşəbbüslərə verdiyi dəstəyə görə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB)  minnətdarlığımızı ifadə edirik. Bu cür təşəbbüslər analara göstərilən diqqət və qayğının daha da güclənməsinə xidmət edir.