Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə BQXQAC Federasiyanın birgə təşəbbüsü

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə BQXQAC Federasiyanın birgə təşəbbüsü

2026-cı il martın 13-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının birgə təşkilatçılığı ilə Lənkəran və Astara rayon bölmələrinin işçi və könüllüləri üçün “Humanitar Xidmətlər Mərkəzi: məqsədi, yaradılması və fəaliyyəti” və “Kimyəvi, Bioloji, Radioloji və Nüvə sursatlarının istifadə olunduğu şəraitdə könüllülərin rolu, riayət olunan qaydalar” mövzularında Astara rayonunda bir günlük təlim təşkil edilib.
Təlim zamanı mövzular əsasında izahatlarla yanaşı, eyni zamanda grup işindən ibarət  praktiki məşğələlər də aparılmışdır. İşçilərə və könüllülərə verilən biliklərə dair belə bir tapşırıqların mütəmadi olaraq öz aralarında təşkil edilməsi tövsiyə edilmişdir.
Təlimdə AzQAC-ın İcraçı katibinin müavini Səbinə Məhbubi-İran, AzQAC-ın prezident ofisinin rəhbəri Seymur Hümbətov, AzQAC-ın İcraçı katibinin müavini Elşən Səlimzadə, Beynəlxalq Federasiyanın əməliyyatlar və proqram meneceri Aleksandr Mordovin, Beynəlxalq Federasiyanın əməliyyatlar üzrə məsləhətçisi Dmitriy Rusakov, AzQAC Lənkəran Regional Mərkəzinin koordinatoru Zəfər Miriyev, Astara və Lənkəran rayon bölmələrinin sədr və könüllüləri iştirak edib.
Təlim gələcək “Təhlükəsizlik – Safer AZ” proqramı əsasında təşkil edilmişdir.