Bu günlərdə Azərbaycan Qızıl
Aypara Cəmiyyəti tərəfindən “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində əhali
arasında geniş səhiyyə maarifləndirilməsi işləri aparılıb. Bu fəaliyyətlər çərçivəsində
könüllü sağlamlıq işçiləri tərəfindən ilk yardım və ilk psixoloji yardım
mövzularında təlimlər də həyata keçirilib.
2024-cü ildən
etibarən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda
Təməl Həyat Dəstəyi kursu təşkil olunur. Türk Qızıl Ayı tərəfindən institutun əməkdaşları
üçün keçirilən bu kursun məqsədi əldə olunan bilik və bacarıqların sonradan təkmilləşdirmə
kurslarında iştirak edən həkimlərə təqdim edilib.
Seminar institutun pediatriya kafedrasının dosenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllü sağlamlıq işçisi Mətanət Qaraxanova tərəfindən müxtəlif tibb müəssisələrində çalışan və təkmilləşdirmə kurslarında iştirak edən həkim-pediatrlar üçün keçirilib.
Seminar zamanı iştirakçılara Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranma tarixi və fəaliyyəti, xüsusilə sağlamlıq sahəsində həyata keçirilən layihələr barədə təqdimat edilib. Eyni zamanda iştirakçılara ilk yardım üzrə əsas bacarıqlar da öyrədilib.