Xeyriyyə aksiyası keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Xeyriyyə aksiyası keçirilib

2026-cı il martın 16-da Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsinin və Abşeron rayon bölməsinin təşkilatçılığı  ilə Aksiya çərçivəsində ehtiyacı olan ailələr üçün müxtəlif ərzaq məhsulları və digər zəruri yardımlar  İdrak Liseyinin şagirdləri tərəfindən paylanılmışdır.

Novruz və Ramazan bayramları ərəfəsində xeyirxahlıq və həmrəylik dəyərlərini təşviq etmək məqsədilə İdrak Liseyinin rəhbərliyi tərəfindən Cəmiyyətinə müraciət olunub. Müraciətdə qeyd olunub ki, liseyin şagirdləri və onların valideynləri aztəminatlı və yardıma ehtiyacı olan ailələrə humanitar dəstək göstərmək niyyətindədirlər.

Cəmiyyətində bu təşəbbüsü yüksək qiymətləndirərək aksiyaya qoşulmuş və birgə xeyriyyə aksiyasının həyata keçirilməsinə dəstək vermişdir. Bu təşəbbüs həmrəylik, mərhəmət və paylaşma kimi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə Qızıl Aypara Cəmiyyətinin İcraçı katibinin müavini Xalidə İsgəndərova, Abşeron rayon bölməsinin əməkdaşları və könüllüləri, İdrak Liseyinin müəllim, şagird və valideynləri iştirak edib.

İdrak Liseyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti gələcəkdə də belə sosial layihələrin həyata keçirilməsində əməkdaşlığın davam etdirilməsini planlaşdırır.