Tayland, Kamboca, Laos və Vyetnam üzrə Klaster Nümayəndəliyinin Başcısı / UNESCAP İFRC-nin Daimi Nümayəndəsi Elxan Rəhimova ad günü təbrik məktubu

Əsas səhifə / XƏBƏRLƏR / Tayland, Kamboca, Laos və Vyetnam üzrə Klaster Nümayəndəliyinin Başcısı / UNESCAP İFRC-nin Daimi Nümayəndəsi Elxan Rəhimova ad günü təbrik məktubu

Hörmətli Elxan müəllim,


Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik! Azərbaycan Qızıl Aypara Cəmiyyətində uzun illər ərzində göstərdiyiniz peşəkarlıq, fədakarlıq və məsuliyyətli fəaliyyətiniz təşkilatın inkişafına böyük töhfələr vermiş, humanitar dəyərlərin təşviqində mühüm rol oynamışdır. Sizin rəhbərliyiniz dövründə həyata keçirilən uğurlu layihələr və qurulan möhkəm əməkdaşlıqlar hər zaman yüksək qiymətləndirilir və dərin ehtiramla xatırlanır.


Bu gün beynəlxalq səviyyədə fəaliyyətinizin uğurla davam etməsi və yeni vəzifəyə təyin olunmağınız Sizin zəhmətinizin və əzmkarlığınızın ən bariz göstəricisidir. İnanırıq ki, bundan sonra da Siz öz bilik və təcrübənizlə daha böyük nailiyyətlər əldə edəcəksiniz.


Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün kollektivi adından Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!