AzQAC və Beynəlxalq Miqrasiya Təşkilatı arasında görüş keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC və Beynəlxalq Miqrasiya Təşkilatı arasında görüş keçirilib

2026-cı il martın 16-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin [Beynəlxalq Miqrasiya Təşkilatının]  Bakıdakı ofisində görüş keçirilib. Görüşdə AzQAC, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və BMT nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı regionda baş verən son hadisələr, fonunda humanitar təşkilatların rolu və mümkün böhranlara hazırlıq məsələləri diqqət mərkəzində olub. Tərəflər humanitar çağırışlara qarşı birgə fəaliyyətin gücləndirilməsi, koordinasiyanın artırılması və ehtiyat fəaliyyət planlarının uyğunlaşdırılmasının vacibliyini bildiriblər.

Qeyd olunub ki, AzQAC ilə BMT arasında 2012-ci ildən etibarən uğurlu əməkdaşlıq mövcuddur və bu çərçivədə bir sıra mühüm layihələr həyata keçirilib.

Görüş zamanı əsas prioritetlər kimi vəziyyətin monitorinqi, həssas qrupların müdafiəsi, fövqəladə hallara hazırlıq, resursların qiymətləndirilməsi və operativ koordinasiyanın gücləndirilməsi müəyyən edilib.

Yekunda tərəflər humanitar ehtiyaclar zamanı birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəlib, bu cür əməkdaşlığın regionda hazırlıq səviyyəsini artırdığı bildiriblər.