AzQAC Sumqayıt şəhər bölməsində"SOCAR Polymer" MMC-nin dəstəyi ilə ahıllara Novruz sovqatları paylanılıb

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsində"SOCAR Polymer" MMC-nin dəstəyi ilə ahıllara Novruz sovqatları paylanılıb

Hər il olduğu kimi bu il də əməkdaşlıq etdiyimiz “SOCAR Polymer” MMC-nin rəhbərliyi Novruz bayramında ahıllarımızı unutmayıb, onlara bayram sovqatlarının hazırlanmasında öz dəstəklərini göstəriblər.

AzQAC Sumqayıt Regional Mərkəzin koordinatoru Mətanət Məhərrəmova “SOCAR Polymer”in əməkdaşı Alisa Skoraboqatayanı salamlamış, bayramlarda bölmə qeydiyyatında olan ahıllara göstərdikləri diqqət və qayğı üçün təşəkkürünü bildirib. “SOCAR Polymer”in əməkdaşı Alisa Skoraboqataya da rəhbərlik adından ahılları bayram münasibəti ilə təbrik edərək, xoş arzularını bildirib.

Bayram sovqatları alan ahıllar da öz növbələrində xeyriyyəçi təşkilat nümayəndələrinə, AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.
“SOCAR Polymer” MMC-nin əməkdaşı və bölmə könüllüləri yataq xəstələrinin sovqatlarını evlərinə çatdırıblar.