Novruz sovqatları paylanıldı

Əsas səhifə / XƏBƏRLƏR / Novruz sovqatları paylanıldı

Novruz bayramı münasibətilə ‘’Yelo Bank’’ ASC tərəfindən AzQAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan ehtiyaclı 35 ailəyə bayram sovqatları təqdim edilmiş, onların bayram sevincinə şərik olunmuşdur.

AzQAC Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova tədbir zamanı ‘’Yelo Bank’’ ASC-nin əməkdaşları Gülşən Hacıyeva və Ələkbər Təhməzovu salamlayaraq, göstərilən sosial dəstəyə görə minnətdarlığını bildirmişdir. O qeyd etmişdir ki, bu cür xeyriyyə aksiyaları cəmiyyətimizdə həmrəyliyin, humanizmin və sosial məsuliyyətin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

‘’Yelo Bank’’ ASC-nin əməkdaşları Gülşən Hacıyeva və Ələkbər Təhməzov da öz növbələrində çıxış edərək, bank rəhbərliyi adından bayram münasibətilə ahılları səmimi-qəlbdən təbrik etmiş, onlara möhkəm cansağlığı, uzun ömür və firavan həyat arzulamışlar. Onlar bu cür sosial layihələrdə iştirak etməyin onlar üçün böyük mənəvi dəyər daşıdığını vurğulamışlar.

Bayram sovqatları ilə təmin olunan ahıllar və ehtiyaclı ailələr göstərilən diqqət və qayğıya görə xeyriyyəçi təşkilatın nümayəndələrinə, həmçinin, AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşlarına dərin təşəkkürlərini bildirmiş, onlara xeyir-dua vermişlər.
Bölməyə gəlmək imkanı olmayan ehtiyaclı ahılların bayram sovqatları bölmə könüllüləri tərəfindən evlərdə çatdırılmışdır.